"Lex"in iki futbolçusu "Qarabağ"la oyuna çıxmaqdan imtina etdi

5 İyul 2022 01:10 Gündəm 12 380
"Lex"in iki futbolçusu "Qarabağ"la oyuna çıxmaqdan imtina etdi

"Lex" in 2 futbolçusu "Qarabağ"a qarşı Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarını buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

Niderlandlı mütəxəssisin sözlərinə görə, polşalı müdafiəçi Bartoş Salamon zədə, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün qarşıdakı görüşlərdə meydana çıxmayacaqlar.

İyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!