Rövnəq Abdullayev AFFA-dan gedir? - Bu tarixdə Hesabat Konfransı keçiriləcək

24 Yanvar 2022 14:00 Gündəm 2 239
Rövnəq Abdullayev AFFA-dan gedir? - Bu tarixdə Hesabat Konfransı keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı bəlli olub.

Bu barədə milli assosiasiyanın rəsmi saytı xəbər yayıb.

Toplantı fevralın 2-də “Baku Marriott Hotel Boulevard” otelində gerçəkləşəcək.

Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası olacaq.

Saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən iclasın açıq elan edilməsi;
- Konfransın tərkibinin yoxlanılması;
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;
- Maliyyə hesabatlarının təsdiq olunması;
- Müstəqil auditorun hesabatını nəzərə almaq;
- Hər hansı vakant vəzifəyə seçkilər;
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
- Digər məsələlər.
Konfransa giriş dəvətnamə ilə olacaq.
Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.

AFFA-nın açıqladığı bu xəbər böyük maraq doğurub. Yayılan qeyri-rəsmi məlumatlara inansaq, federasiya rəhbərliyində dəyişiklik gözlənir.

Rövnəq Abdullayevin Azərbaycan Cüdo Federasiyasından sonra buradakı işindən də ayrılacağı iddia olunur.

Qeyd edilir ki, artıq bununla bağlı müvafiq hazırlıq işləri görülür. Yəni, Abdullayev AFFA-nın prezidenti postundan getmək üçün yuxari instansiyalardan razılıq alıb.

2008-ci ildən AFFA-nın başında olan Abdullayevin futbol sektoru ilə vidalaşmaq istəməsi haqda informasiyaların ilk dəfə hələ 5-6 il öncə yayılmasını xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti