“Qalatasaray” fanatları Mahirin adı gələndə… Sual xoşlarına gəlmədi

2 Dekabr 2021 14:20 Gündəm 1 951
“Qalatasaray” fanatları Mahirin adı gələndə… Sual xoşlarına gəlmədi

Avropa Liqasının rəsmi instaqram səhifəsi Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu “Legiya”nın forvardı ilə bu turnirin digər iştirakçısı “Qalatasaray”ın ön xətt oyunçusu Kerem Aktürkoğlunun fotosunu paylaşaraq sorğu keçirib.

UEFA-nın “Mahir Emreli, yoxsa Kerem Aktürkoğlu?” sorğusu türkiyəli azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. “Qalatasaray” fanatları bu müqayisənin yersiz olduğunu, Keremin həmkarından qat-qat güclü futbolçu olduğunu vurğulayıb.

Onlar Türkiyə millisinin üzvünün həmyerlimizdən qat-qat güclü olduğunu düşündüyü üçün UEFA-nı qınayıb. Hətta bir qədər də irəli gedərək, Aktürkoğlunu PSJ-nin hücumçusu Lionel Messi ilə müqayisə ediblər.

Rəy yazanlar arasında azərbaycanlı hücumçuya dəstək olan xarici fanatlar da yer alıb. Bəzi türkiyəli tərafdarlar isə hər iki oyunçunu bəyəndiklərini vurğulayıblar.

Lakin maraqlıdır ki, bir çox xarici futbol azarkeşləri Mahir Emrelini fərqləndirib. Onların bəziləri hətta Keremi tanımadıqlarını vurğulayıblar.

Mahir Emreli Avropa Liqasının qrup mərhələsində 2, Kerem Aktürkoğlu isə 1 qol vurub. Son tur öncəsi “Qalatasaray” pley-offa vəsiqəni təmin edibsə, “Legiya”nın taleyinə axırıncı turda aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!