Paşinyana özünü güllələmək təklifi... Gərginlik pik həddə

10 İyun 2021 14:50 Gündəm 1 027
Paşinyana özünü güllələmək təklifi... Gərginlik pik həddə

yunun 7-dən etibarən Ermənistanda erkən parlament seçkilərinin təşviqat kampaniyası rəsmən başlayıb. K

ampaniya iyunun 18-dək davam edəcək, bundan sonra “sükut günü” olacaq. Səsvermə iyunun 20-də keçiriləcək.

Seçkilərdə iştirak etmək üçün rekord sayda 26 siyasi qüvvə (23 partiya və 4 blok) qeydiyyatdan keçib.

Seçki günü yaxınlaşdıqca düşmən ölkədə gərginlik pik həddə çatır.

Belə ki, Ermənistanda keçmiş prezident Robert Köçəryandan sonra digər keçmiş prezident Serj Sərkisyan da baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyana özünü güllələməyi təklif edib. Virtualaz.org qeyd edir ki, Ermənistanın 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğramasından sonra bir çox əleyhdarları Paşinyana özünü güllələməyi təklif ediblər. Lakin onun belə niyyəti yoxdur və əksinə, məğlubiyyətə görə günahın həm də Köçəryanla Sərkisyanın üzərində olduğunu az qala hər çıxışlarında deyir, rəqiblərini debata çağırır.

Bundan əlavə, Paşinyan hakimiyyəti Rusiya və Qərb arasında manevrlər etmək məcburiyyətində qalıb. Paşinyan Kremlin onu dəstəkləyəcəyindən tam əmin deyil. Rusiyanın son anda Qarabağ klanını təmsil edən Köçəryanın üzərində dayanacağından narahatdır.

Paşinyanın Fransaya səfərinin ona seçki dividentləri qazandırdığını iddia etmək hələlik bir qədər çətindir. Hər halda, ictimai rəy sorğularında bu, müşahidə olunmur. Əksinə, Paşinyan hakimiyyəti seçki ərəfəsində ictimai dəstəyini sürətlə itirməyə başlayıb.

Nikol Pashinyan remain most popular politician in Armenia – survey |  ARMENPRESS Armenian News Agency

“Gallup International Association” növbəti ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Həmin nəticələrə görə, Paşinyanın seçki blokuna rəyi soruşulanların 22,4 faizi səs verəcək. Onun əsas rəqibi Köçəryanın “Hayastan” blokunu isə seçicilərin 20,6 faizi dəstəkləyir. Halbuki fevral ayında bu göstəricilər 33,1 faiz (N.Paşinyan) və 7,8 faiz (R.Köçəryan) idi. Paytaxt İrəvan Köçəryanı, əyalətlər isə Paşinyanı dəstəkləyir.

Seçkiyə az qalmış Ermənistanda çevriliş ola bilərmi? Hər şey yolunda getsə, seçkidən sonra Ermənistan hansı yolu tutacaq? Ənənəvi şantaj və cığal yolunu tutacaq, yoxsa reallıqları qəbul edib, Azərbaycanla normal münasibət qurmağa çalışacaq?

Yaranan bu və ya digər suallarla bağlı ekspertlərə müraciət etdik.

Əziz Əlibəyli:

Əziz Əlibəyli: “Nikolun səs faizləri əriməyə başlayıb”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Paşinyanın reytinqinin getdikcə azaldığını söylədi: “Ermənistan seçki qaragüruhundan əlavə intellektual savaş verməkdədir. Bu savaş həm də onu göstərir ki, Azərbaycanın 90-cı illərdə qarşılaşdığı siyasi böhran hazırda Ermənistanda davam edir. Necə ki, Rəhim Qazıyev faktoru, mərkəzi hakimiyyətin zəifləməsindən doğan problemlər var idi, hazırda eyni proses, ritorika işğalçıda təkrarlanmaqdadır. Ermənistandakı reallıq göz önündədir. Məğlub və eyni zamanda məğlubiyyətini özündən əvvəlki rəhbərlərin üzərinə atan bir baş nazir səlahiyyətini icra edən şəxs var. Müəyyən dərəcədə xalqı da səfərbər edib. Çalışır ki, seçkilərdə qalib gəlmək üçün əsaslar yaratsın. Eyni zamanda müharibədən sonrakı bərpa dövrünü də həyata keçirmək niyyətindədir. Ermənistanın keçmiş rəhbərlərinin Paşinyanı özünü güllələməyə çağırmaları məğlubiyyəti birbaşa onun üzərinə yükləmək niyyəti daşıyır. Seçkiqabağı son durum çox gərgin keçir. Bu, sərhədlərdə Azərbaycanla münasibətlərə belə təsir göstərir. Təbii ki, seçki baş tutacaq. Məntəqələrin açılmasından seçicilərin məntəqələrə gəlməsinə qədər hər şey normal olacaq. Əsas problem seçkilərin nəticələrinin hesablanmasında olacaq. Sözün həqiqi mənasında məntəqələr uğrunda savaş gedəcək. Bir sıra ciddi toqquşmalar gözləyirik. Müdafiə Nazirliyinin, DİN-in proseslərə çox ciddi şəkildə müdaxilə edəcəyini indidən görmək olur. İqtidar və müxalifətin böyük mitinqlərinin şahidi ola bilərik. Paşinyan sona qədər əlindəki güc imkanlarından yararlanmağa çalışacaq. Çünki ”Gallup İnternational Association"ın son reytinq açıqlamalarında görürük ki, Paşinyanın səs faizləri əriməyə başlayıb. Nəticə etibarı ilə Köçəryanın səs faizləri artmaqdadır. Hətta Sərkisyan tərəfdən onun tərəfdarlarını, partiyasını seçkilərə daşıyan keçmiş KQB rəhbəri Artur Vanetsyan belə öz səs faizlərini artırmaqda davam edir. Bu arada Paşinyan “Azərbaycana işləyən bir neçə nəfəri ifşa etdi”. Guya bunlar əməliyyat nəticəsində aşkarlanıb. Son çıxışında deyir ki, hazırda əsas xətt Ermənistanın milli təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Özünü ölkəsinin təhlükəsizliyini qorumaq yolunda çabalar göstərmiş kimi göstərir. Bununla azından seçkilərə qədər indi olan səs faizlərini qorumaq istəyir".

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"

Akif Nağı: “Rusiya çevriliş variantını seçə bilər”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Paşinyanı devirmə ehtimallarına daha çox toxundu: “Seçkiöncəsi durum gərgindir desək, heç nə demiş olmarıq. Bütün ölkələrdə seçkiqabağı gərginlik olur. Amma Ermənistanda gərginliklə yanaşı absurd vəziyyət də yaranıb. Hakimiyyətdə olan tərəf, özü də heç bir sosial-iqtisadi nəticəyə nail ola bilməyən, müharibədə rüsvayçılıqla uduzan tərəf hələ də ön mövqedə dayanır. Bunun səbəbini araşdırıb, geniş şərh vermək olar. Amma qısaca olaraq deyə bilərik ki, bu vəziyyət xəstə təxəyyüllü, dövlətçilik ənənəsi olmayan, bəsit, primitiv erməni cəmiyyətinin göstəricisidir. Paşinyana qarşı ittihamların artması da xarakterikdir. Heç kəs onunla debata getmək istəmir. Onun səviyyəsinə düşmək istəmədiklərini deyirlər. Bəziləri ona özünü güllələməyi məsləhət görür, bəziləri də dəlixanadan, psixi xəstəxanadan arayış gətirməsini istəyirlər ki, ondan sonra debata razılıq versinlər. Ötən həftə yenilik qüvvələr nisbətində dəyişikliklə bağlı oldu. Keçirilən rəy sorğusuna görə, Paşinyan 22-23 faizlə irəlidədir. Amma Köçəryan 17 faizlə 2-ci yerə çıxıb. Moskvanın da Köçəryana dəstəyinin artdığı hiss olunur. Amma bu reytinqlə kimin qalib gəlməsindən asılı olmayaraq, Ermənistan deyilən yerdən siyasi böhran aradan qalxmayacaq, bir az da dərinləşəcək. Çevriliş ssenarısi daha real görünür. Çünki onların seçki yolu ilə böhrandan çıxmaq ehtimalı yoxdur. Köçəryan da, Paşinyan da hakimiyyətə çevriliş yolu ilə gəlmişdi. Sərkisyanın da hakimiyyətə gəlməsi qanlı qarşıdurma ilə müşayiət olundu. Bunlar üçün çevriliş yolu yeni bir şey deyil. Rusiya çevriliş variantını seçə bilər. Böyük ehtimalla seçkilərdən sonra xaos yaranacaq. Əhali də xaosdan çıxmaq üçün çevriliş variantına xilas yolu kimi baxacaq. Biz Ermənistan deyilən yerdə stabilliyin yaranması, bizimlə normal münasibətlərin qurulmasını gözləməli deyilik. Bu cür münasibətlərə bizim ehtiyacımız yoxdur. Onların ehtiyacı var. Həyatları Azərbaycanla münasibətlərdən asılıdır. Qoy onlar buna can atsınlar. Biz əldə olan 10 noyabr və 11 yanvar bəyanatlarına uyğun olaraq, dünyanın nə deyəcəyinə əhəmiyyət vermədən qanuni hüquqlarımızı, sərhəd xətlərimizi bərpa etməklə məşğul olmalı, quruculuq işlərini həyata keçirməliyik. Ermənistanda nəyinsə düzələcəyini gözləməyə vaxtımız yoxdur”.

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti