Sevilya Bilbaonu əvəzlədi, Dublindəki oyunlar Rusiyada - AVRO-2020

23 Aprel 2021 14:20 Gündəm 419
Sevilya Bilbaonu əvəzlədi, Dublindəki oyunlar Rusiyada - AVRO-2020

UEFA-nın Avropa çempionatı oyunlarının keçiriləcəyi iki şəhərlə bağlı qərarı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının rəhbəri Zbignev Bonek rəsmi tvitter hesabında bildirib.

O, İspaniyanın Sevilya şəhərinin Bilbaonun yerinə matçlara ev sahibliyi edəcəyini yazıb. İrlandiyanın paytaxtı Dublində keçirilməli olan qarşılaşmalar Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub.

Dublin və Bilbao Polşa yığmasının yer aldığı E qrupunun oyunları ilə yanaşı, 1/8 final mərhələsinin 1 matçına da ev sahibliyi etməli idi.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!