Yığmanın sükanı arxasına Draqan Stoykoviç gətirildi

3 Mart 2021 22:40 Gündəm 1 354
Yığmanın sükanı arxasına Draqan Stoykoviç gətirildi

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Serbiyanın yeni baş məşqçisi açıqlanıb.

Sportinfo.az Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına Draqan Stoykoviç gətirilib.

56 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti