Azərbycan üçün XOŞ XƏBƏR: "AVRO-2020 mütləq keçiriləcək"

25 Fevral 2021 12:40 Gündəm 480
Azərbycan üçün XOŞ XƏBƏR: "AVRO-2020 mütləq keçiriləcək"

"AVRO-2020 baş tutmaya bilməz".

Sportinfo.az xəbər verir ki, bu fikirləri UEFA-nın tibbi məsləhətçisi Daniel Kox "Reuters"ə açıqlamasında deyib.

O bildirib ki, Avropa çempionatı ilə bağlı pis variant nəzərdən keçirilmir: "Əksinə, hazırda realist və nikbin ssenari var. Turnir mütləq keçiriləcək".

Koxun sözlərinə görə, azarkeşlər AVRO-2020-nin oyunlarını izləmək üçün digər ölkələrə səyahət imkanı əldə edə bilərlər.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti