Mikayıl Cabbarovun SOCAR-a gəlişi ilə futbolda nə dəyişəcək?

27 Yanvar 2021 11:20 Gündəm 1 297
Mikayıl Cabbarovun SOCAR-a gəlişi ilə futbolda nə dəyişəcək?

SOCAR-da əsas səlahiyyətlərin Mikayıl Cabbarova keçməsi bu qurumun sponsoru olduğu Azərbaycan futbolunda da radikal dəyişiklikləri qaçılmaz edir.

Məlumdur ki, uzun illərdir AFFA, milli komandalar, Premyer Liqadakı bir çox klub məhz Dövlət Neft Şirkətinin xətti ilə maliyyələşdirilir.

Son on ildə təkcə SOCAR futbola yüz milyonlarla dollar pul ayırıb. Amma "Neftçi"nin 2012-ci ildə Avroliqanın qrupuna düşməsini saymasaq, bu qurumdan asılı komandaların nəticəsi bərbad olub.

Onlar daha çox maliyyə yeyintiləri, qeyri-şəffaf fəaliyyətləri, klublara dost-tanış, qohum-əqrəbaların gətirilməsi kimi neqativ faktlarla yadda qalıblar.

Bütün bunlar nəticə etibarı ilə futbolumuza ağır zərbələr vurub. Təzadlı haldır ki, bu qədər yüksək maliyyələşmə dövründə inkişaf əvəzinə futbolumuzda dərin böhran gedib. Xüsusən uşaq və bölgə futbolu məhv edilmiş duruma düşüb.

Ümid etmək istərdik ki, yeni yaradılan SOCAR Müşahidə Şurası dövlətin futbola ayırdığı maliyyənin düzgün istiqamətdə xərclənməsinə ciddi nəzarət edəcək.

Daha yaxşısı isə bu olardı ki, paytaxtda fəaliyyət göstərən, şəxsi münasibətlərə görə maliyyələşən klubların maliyyələşməsi dayandırılsın, 2021-ci ilin yayından bu klublara sərf edilən pullar Azərbaycanın bölgələrinə yönləndirilsin.

Çünki bu gün Gəncə, Tovuz və Zaqatalanın fəaliyyətdə olan klubları (eləcə də yaxın gələcəkdə Cənub və Şimal bölgəsindən də azı bir komanda) futbolumuza həqiqi faydanı verə bilər.

Pul həm doğru istiqamətə yönələr, həm də bölgələrdə futbolun dirçəlməsi prosesi başlayar (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı