Azərbaycan yığmaları DÇ-ya hazırlaşır - FOTOLAR

19 Sentyabr 2020 23:00 Güləş 633
Azərbaycan yığmaları DÇ-ya hazırlaşır - FOTOLAR

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığmaları hazırlıq prosesini davam etdirir.

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milli komandaların açıq məşqi baş tutub.

Federasiyanın stadionunda keçirilən hazırlıq prosesi bir saat davam edib. Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatına, eləcə də gələn il keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirlərə hazırlaşan milli karantin dövründə də məşqlərə ara verməyib.

Güləşçilər pandemiya ilə əlaqədar ölkədə sərt karantin tətbiq olunduğu müddətdə məşqçilərin verdiyi proqrama əsasən, ev şəraitində məşqlər edib. Karantin qaydaları yumşaldıqdan sonra kollektiv məşqlər bərpa edilib.

Hazırda yığmalar açıq havada hazırlıq prosesini plana uyğun olaraq davam etdirir. Federasiya idmançıların yüksək hazırlıq səviyyəsində olması üçün milli komandalara lazım olan şərait yaradıb, maddi-texniki təminat həyata keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti