Səfirlik işə qarışdı, gecəylə Bakıdan çıxıb getdilər

18 Mart 2020 15:04 Güləş 921
Səfirlik işə qarışdı, gecəylə Bakıdan çıxıb getdilər

Yunan-Roma güləşi üzrə Hindistan millisinin Bakıdakı təlim-məşq toplanışı yarımçıq dayandırılıb.

Sportinfo.az xəbər verir ki, ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi koronavirusla bağlı vəziyyəti nəzərə alaraq yığmanı hazırlıq prosesinin müddətini azaltmağa məcbur edib.

Vəziyyəti nəzərə alan Hindistan Güləş Federasiyası (WFI) idmançıların evlərinə təhlükəsiz qayıtmalarını təmin etmək üçün ölkənin Bakıdakı səfirliyi ilə əlaqə saxlayıb. Hindistan yığması martın 16-da axşam saatlarında öz ölkəsinə yola düşüb.

Martın 4-dən Bakıda Azərbaycan millisi ilə birgə toplanışda olan komandanın hazırlıq prosesi martın 21-dək nəzərdə tutulmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi