Güləşçimiz erməni üzərində əzmkar qələbə qazandı

14 Fevral 2020 16:38 Güləş 673
Güləşçimiz erməni üzərində əzmkar qələbə qazandı

Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Ermənistan təmsilçisi Gevorq Mxeyanla üz-üzə gəlib.

İlk hissə rəqibin 8:1 hesablı qələbəsi ilə bitib. Mustafayev ikinci yarıda əzmkarlıq göstərərək 15:8 hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib.

Bu gün digər sərbəst güləşçilər Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) də mübarizəyə qoşulub.

Digər Xəbərlər
Xəbər Lenti