EYOF: Azərbaycanın 5 güləşçisi finala yüksəldi

23 İyul 2019 15:24 Güləş 523
EYOF: Azərbaycanın 5 güləşçisi finala yüksəldi

Azərbaycanın 5 güləşçisi Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, sərbəst güləşçilərdən Kənan Heybətov (51 kq) həlledici dueldə Rusiyalı Rustam Dolaytevlə, Cəbrayıl Hacıyev (65 kq) isə onun həmyerlisi Batirbek Tşkovrebovla üz-üzə gələcək.

Yunan-Roma güləşçilərindən Elmir Əliyev (51 kq) finalda ukraynalı Sanya Yakovlevə, Xasay Həsənli (65 kq) isə Almaniya təmsilçisi Deni Nakayevə rəqib olub.

Qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) qızıl medal uğrunda Polina Lukina (Rusiya) ilə münasibətlərə aydınlıq gətirəcək.

1/4 finalda məğlub olan Nigar Mirzəzadə isə təsəlliverici görüşdə Böyük Britaniya idmançısı Lusi Makqratın müqavimətini qırmağa çalışacaq.

Medal görüşləri saat 16:00-da başlayacaq.

Daha öncə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb.

Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti