Bakı-2019: Azərbaycanın 5 güləşçisi finala vəsiqə qazandı

22 İyul 2019 13:48 Güləş 557
Bakı-2019: Azərbaycanın 5 güləşçisi finala vəsiqə qazandı

Azərbaycanın 5 güləşçisi Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, sərbəst güləşdə 60 kq çəkidə çıxış edən Sabir Cəfərov həlledici görüşdə Fyodor Baltuevlə (Rusiya) qarşılaşacaq.

Yunan-Romada 48 kq çəkidə yarışan Qurbanov Qurban Xviça Abuladze (Gürcüstan) üz-üzə gələcək. 60 kq çəkidə Həsrət Cəfərov Maqomed Qiqiyevlə (Rusiya) güləşəcək.

Qızların mübarizəsində 46 kq çəkidə çıxış edən Gültəkin Şirinova Georgiana-Lavinia Antuka (Rumıniya) ilə üz-üzə gələcək. 61 kq çəkidə yer alan Mərziyə Sadıqova isə Aurora Russo (İtaliya) ilə qarşılaşacaq.

Final görüşləri saat 16:00-da başlayacaq. İlk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb.

Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti