Millimizin Göygöl toplanışı

20 İyul 2019 15:12 Güləş 498
Millimizin Göygöl toplanışı

Sərbəst güləş üzrə yığmamız növbəti təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 20-yə yaxın sərbəst güləşçi Göygöl Olimpiya İdman Kompleksində hazırlığa başlayıb.

Avqustun 4-dək davam edəcək toplanışda əsasən fiziki hazırlığa diqqət yetiriləcək.

Təlim-məşq toplanışı sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti