Gənc sərbəst güləşçilərimiz Yaponiyada təlim-məşq toplanışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, iyulun 7-dən gündoğar ölkəyə səfər edən millimiz ayın 17-dək yerli komandayla birgə hazırlıq prosesini davam etdirəcək.
Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında Komatsu şəhərində toplanış keçən yığmamız fiziki çalışmalarla yanaşı, taktiki-texniki hazırlıq üzərində işləyir.
Komandamız Komatsuda yüksək qonaqpərvərliklə üzləşib. İlk gündən qonaqlara qarşı böyük diqqət göstərən yaponlar bu gün şəhərin merinin təşəbbüsüylə millimiz üçün ziyafət təşkil edib.

