Millimiz Olimpiya Festivalına Xaçmazda hazırlaşır

9 İyul 2019 11:12 Güləş 682
Millimiz Olimpiya Festivalına Xaçmazda hazırlaşır

İyulun 21-də Bakıda Avropa Gənclərinin Olimpiya Festivalı start götürəcək.

Sportinfo.az xəbər verir ki, festivalın proqramında yer alan idman növlərindən biri də güləşdir.

Yeniyetmələrdən ibarət yığmalarımız festivala hazırlığın son mərhələsindədir. Yunan-Roma güləşçilərimiz Göygöldə təlim-məşq toplanışı keçirsə, sərbəst güləşçilər hazırlığı Xaçmazda davam etdirir.

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Abil İbrahimovun rəhbərliyi altında 22 yeniyetmə sərbəst güləşçi iyulun 3-dən Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.

Daha çox fiziki hazırlığın ön planda olduğu TMT iyulun 17-dək davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti