Gənclərdən ibarət sərbəst güləş yığmamız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, millimiz iyulun 3-dən Bakıda olan ABŞ-ın müvafiq komandasıyla birgə hazırlıq keçir.
Bu gün tərəflərin razılığına əsasən təlim-məşq bazasında komandalar arasında yoldaşlıq görüşü keçirilib.
Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbər şəxslərinin canlı izlədiyi, beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalar kifayət qədər maraqlı mübarizə şəraitində keçib.
Yekunda yığmamız 12:2 hesablı qələbəyə sevinib.

