Azərbaycanın şərəfini qoruyan qız: "Təəssüf etmirəm" - VİDEO

3 İyul 2019 18:48 Güləş 893
Azərbaycanın şərəfini qoruyan qız: "Təəssüf etmirəm" - VİDEO

“Minsk 2019” II Avropa Oyunlarının qalibi Mariya Stadnik Milli Olimpiya Komitəsinin “Youtube” kanalına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı ukraynalı güləşçi şəxsi həyatı, Azərbaycan yığmasını seçməsinin tarixçəsi, əldə etdiyi uğurlar və gələcək planlarından danışıb.

Stadnik 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc, 2012-ci il London və 2016-ci il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdı.

O, Avropa Oyunlarının ikiqat qalibi olmaqla yanaşı, dünya və yeddiqat Avropa çempionudur. Təcrübəli güləşçi “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti