Sportinfo.az xəbər verir ki, II Avropa Oyunlarındakı çıxışlarını başa vuran sərbəst və qadın güləşi üzrə yığmamız vətənə qayıdıb.
Sərbəst güləş üzrə "Minsk 2019" un qalibi, 3 qat Avropa, 3 qat dünya çempionumuz Hacı Əliyev müsahibə verib.
Avropa Oyunlarında çıxışın, oyunlara qatılmayan rəqiblərin üçün səni analiz etmək imkanı yaratmadı ki?
- Yəqin ki, güləşimi izləyib zəif və güclü tərəfimi analiz ediblər.
Səncə, oyunlarda açılmayan kartın oldumu?
- Xeyr, nə potensialım var, ortaya qoydum. Dünya çempionatında güləş üslubumda yenilik də edə bilərəm. Bunun üzərində çalışacam.
Yəqin ki, sən də yoxlama yarışlarında rəqiblərini izləyəcəksən?
-Bəli.

