"Demək olar klubda rəfiqəyik"

30 İyun 2019 13:12 Güləş 718
"Demək olar klubda rəfiqəyik"

"Ən çətin görüşüm final oldu, çünki rəqibimlə hər gün eyni zalda məşq edirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanan Mariya Stadnik deyib.

50 kq çəki dərəcəsində qalib olan idmançı ukraynalı rəqibi Oksana Livaçı yaxşı tanıdığını vurğulayıb:

"Demək olar ki, məşq etdiyimiz klubda rəfiqəyik. Bu baxımdan onunla finaldakı görüş psixoloji baxımdan çətin idi".

Stadnik "Minsk 2019"un təşkilatçılığı barədə də xoş sözlər söyləyib: "Təşkilatçılıq əladır. Bütün təşkilatçılara minnətdaram.

Atletlər Kəndində hər şey var. Eyni sözləri yarış zalları barədə də demək olar. Burada olduğumuz müddətdə heç bir insidentlə rastlaşmamışıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti