Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev “Minsk 2019” II Avropa Oyunlarında qızıl medal qazanıb.
Sportinfo.az xəbər verir ki, yığmamızın liderlərindən biri və əsas medal ümidimiz turnirə erməni Valodya Franqulyanla start verib və rəqibinə göz açmağa imkan verməyib - 6:0.
O, 1/4 finalda belaruslu George Koliyevi sınağa çəkib. Koliyev görüşə yaxşı başlasa da, idmançımız əzmkarlıq nümayiş etdirərək, 7:5 hesablı qələbəyə sevinib.
Əliyev yarımfinalda Ukraynanı təmsil edən Xor Oqannesyanla qarşılaşıb. Gərgin keçən görüşdən qalib ayrılan pəhləvanımız finala yüksəlib.
Onun son rəqibi gürcüstanlı Vladimer Xiceqaşvili olub. Rio Olimpiadasının qalibi olan rəqibinə asanlıqla qalib gələn (10:2) Hacı qızıl medala sahib çıxıb.

