Azərbaycan güləşçisi final qarşılaşmasına çıxmadı

28 İyun 2019 00:00 Güləş 604
Azərbaycan güləşçisi final qarşılaşmasına çıxmadı

Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev (97 kq) “Minsk 2019” II Avropa Oyunlarında final qarşılaşmasında iştirak etməyib.

Sportinfo.az xəbər verir ki, buna səbəb idmançının yarımfinalda ciddi xəsarət almasıdı.

Həkimlərin tövsiyəsinə əsasən, N.Hacıyev Abdulrəşid Sadullayevlə (Rusiya) final qarşılaşmasına çıxmayıb. Beləliklə o, yarışın gümüş medalı ilə kifayətlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti