Azərbaycan güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, 50 kq çəkidə çıxış edən olimpiya mükafatçısı polşalı Anna Lukasiakdan güclü olub - 10:0.
O, rəqibini 52 saniyəyə məğlub edib. Stadnik yarımfinalda türkiyəli Evin Demirhanla qarşılaşacaq.
Azərbaycanın daha iki güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb. Bunlar Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyevadı (76 kq).
Qəmbərova 1/4 finalda polşalı Katarjina Madrovskanı, Əliyeva isə Böyük Britaniya təmsilçisi Corcina Nelthorpeni məğlub edib.
Digər güləşçi Alyona Kolesnik (57 kq) isə 1/4 finalda Bolqarıstan təmsilçisi Mimi Xristovanın müqavimətini qıra bilməyib.
Elmira Qəmbərova yarımfinalda rumıniyalı İncze Kriszta, Sabirə Əliva isə almaniyalı Francy Raedelt ilə üz-üzə gələcək.

