Minsk-2019: Azərbaycan güləşçiləri günə qələbə ilə başladı

27 İyun 2019 13:48 Güləş 513
Minsk-2019: Azərbaycan güləşçiləri günə qələbə ilə başladı

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarında güləş yarışlarının üçüncü günü başlayıb.

Sportinfo.az xəbər verir ki, bu gün qadın güləşçilər 4 çəki dərəcəsində güclərini yoxlayırlar.

Azərbaycan yığmasının 4 üzvü xalça üzərinə çıxacaq. Onlardan üçü yarışa 1/8 finaldan başlayıb.

57 kq kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik macarıstanlı Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edib.

O, 1/4 finalda Mimi Xristova ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə 14:20-də start götürəcək. Elmira Qəmbərova (62 kq) Luzi Manke (Almaniya) ilə qarşılaşıb.

4:0 hesabı ilə qələbə qazanan güləşçimiz 1/4 finala çıxıb. Saat 14:40-da başlayacaq görüşdə onun rəqibi polşalı Katarjina Madrovska olacaq.

Səbirə Əliyeva (76 kq) Aykaterinierini Pitsiava (Yunanıstan) ilə üz-üzə gəlib. 9:0 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finala vəsiqə qazanıb.

O, saat 14:50-də başlayacaq mərhələdə rəqibi polşalı Darya Osoçka ilə münasibətlərini aydınlaşdıracaq. Komandamızın lideri Mariya Stadnikin (50 kq) ilk rəqibi də müəyyənləşib.

1/8 final mərhələsindən azad olan təmsilçimizin rəqibi Liuzzi (İtaliya) - Anna Lukasiak (Polşa) cütündə bəlli olub.

8:0 hesablı qələbə qazanan polşalı M.Stadniklə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 14:10-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti