"Bu qələbəni hərbçilərimizə həsr edirəm.
Yaxınlarda özüm də hərbçi olacam".
Sportinfo.az xəbər verir ki, bu fikirləri sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Mahir Əmiraslanov deyib.
57 kq çəki dərəcəsində Minsk-2019-un qalibi olan pəhləvan final qarşılaşmasından sonra sevincini bölüşüb.
M.Əmiraslanov finalda Stevan Miçiçə (Serbiya) 9:1 hesabı ilə qalib gəlib. O, bildirib ki, bundan sonra da uğurunu davam etdirmək üçün səylə çalışacaq:
"Federasiya rəhbərliyinə - Namiq Əliyevə, Firdovsi Umudova təşəkkürümü bildirirəm. Vitse-prezidentimizin üzərimdə çox böyük əziyyəti olub.
Əziyyəti olan hər bir şəxsə minnətdaram. Bu, Azərbaycanın ilk qızıl medalıdır, çox sevinirəm.
Axırıncı yox, axarıncı olsun, bayrağımız daim yüksəklikdə dalğalansın. Çalışacam ki, bundan sonra daim bayrağımızı ucaldım".

