Minsk-2019: Güləşçilərimizdən 3 start, 4 medal görüşü

26 İyun 2019 08:48 Güləş 506
Minsk-2019: Güləşçilərimizdən 3 start, 4 medal görüşü

Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulacaq.

Bütün idmançılarımız turnirə 1/8 final mərhələsindən start verəcəklər.

Sərbəst güləş

65 kq

Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev turnirə erməni güləşçi Valodya Franqulyanla start verəcək.

97 kq

Nurməhəmməd Hacıyevin ilk rəqibi isə polşalı Radoslav Baran olacaq.

Qadın güləşi

68 kq

İrina Netreba Oyunlara isveçli Cenni Franssonla start verəcək.

Bundan başqa ilk yarış günü mübarizəyə qoşulmuş 4 güləşçimiz medallar uğrunda mübarizə aparacaqlar.

57 kq

Mahir Əmiraslanov finalda Stevan Miçiçlə üz-üzə gələcək.

74 kq

Hacımurad Hacıyev təsəlliverici görüşlərdə iştirak edəcək. Onun “bürünc yolu”ndakı ilk rəqibi yunanstanlı Kirillos Binenpaum olacaq.

86 kq

Aleksandr Qostiyev bürünc medal uğrunda güləşəcək. Onun rəqibinin adına bu gün aydınlıq gələcək.

125 kq

Camaləddin Məhəmmədov da üçüncülük üçün yarışacaq. Onun da rəqibi bu gün bilinəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti