“Hələ ki, tam formada deyiləm, ona görə də Avropa oyunlarına gedə bilmirəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri Oimpiya çempionu Toğrul Əsgərov Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə yığmanın heyətində yer almamasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, hədəfi dünya çempionu olmaqdı: "İstəyirəm ki, ilk olaraq turnirlərdə xalça üzərinə çıxım.
Hədəfim dünya çempionatıdı. Tam fiziki hazırlığı bərpa edib orada yaxşı çıxış etmək və Olimpiya oyunlarına vəsiqə qazanmaq istəyirəm”.
26 yaşlı idmançı zədəsindən də danışıb: “Zədəmi sağaltmışam.
Yəni heç bir problem yoxdur. İstəyim və arzum var ki, Olimpiya Oyunlarında uğur qazanım”.

