Azərbaycan güləşçiləri Batumidə 5 medal qazandı

1 Aprel 2019 17:00 Güləş 493
Azərbaycan güləşçiləri Batumidə 5 medal qazandı

Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Sportinfo.az xəbər verir ki, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi təmsil edən komandamız 5 medal qazanıb.

Niyaz Ərzumanov (67 kq) gümüş, Həsən Məmmədli (60 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Xasay Yusubov (130 kq) isə bürünc mükafata sahib olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti