Yığmamızın AÇ üçün təlim-məşq toplanışına start verildi

27 Mart 2019 16:00 Güləş 452
Yığmamızın AÇ üçün təlim-məşq toplanışına start verildi

Güləş yığmalarımız aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatının son hazırlıqlarına start verib.

Sportinfo.az xəbər verir ki, martın 25-dən etibarən sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışına başlayıb.

Qadınlardan ibarət yığmamız isə son toplanışı Ukraynada keçir. Martın 25-dən startı verilən toplanış aprelin 8-dək davam edəcək. Komandamız Buxarestə də Kiyevdən yollanacaq.

Qitə birinciliyinin reqlamentinə əsasən, aprelin 8-10-də sərbəst, 10-12-də qadın, 12-14-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti