Azərbaycanlı idmançı hakimlərin ədalətsiz qərarına görə uduzdu

22 Mart 2019 18:24 Güləş 531
Azərbaycanlı idmançı hakimlərin ədalətsiz qərarına görə uduzdu

Azərbaycanın daha bir idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında bürünc medal qazanıb.

Azərbaycan Sumo Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, sumoçumuz Camal Feyziyev kəmər güləşi üzrə dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

O, 37 idmançının qatıldığı yarışda Sinqapur, Türkmənistan və Özbəkistan təmsilçilərini məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda sabiq dünya çempionu moldovalı güləşçi ilə görüşdə bərabər xal toplasa da (3:3) hakimlərin ədalətsiz qərarı nəticəsində uduzub.

Azərbaycanlı idmançılardan Zaur Bağırov hələ çempionatda mübarizəyə başlamayıb. Yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb.

Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparırlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti