Azərbaycanın 9 güləşçisi Avropa çempionatında iştirak edəcək

6 Mart 2019 15:24 Güləş 479
Azərbaycanın 9 güləşçisi Avropa çempionatında iştirak edəcək

Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında iştirak edəcək 23 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yarışda gənclərdən ibarət yığmanın böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 9 pəhləvan - İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Şamil Zubairov (92 kq), Əliməhəmməd Alixmayev (97 kq) və İslam Abuyev (125 kq) iştirak edəcək.

Avropa çempionatında I dərəcəli beynəlxalq hakim Elman İsmayılov ədaləti qoruyur.

Avropa çempionatında sərbəst güləşçilər 8 - 10 martda çıxış edəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti