Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti bilindi

2 Mart 2019 00:10 Güləş 530
Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti bilindi

Martın 4-dən 10-dək Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qitə birinciliyinin ilk 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Bu məqsədlə komanda sabah Serbiyaya yollanacaq. Yığmanın böyük məşqçisi Rövşən Bayramov və məşqçisi Emin Əhmədovun rəhbərliyi altında 7 güləşçi ilin ilk ciddi sınağına çıxacaq.

Heyətdə Ziyad Zeynalov (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (72 kq), Nəsir Həsənov (77 kq), Eltun Vəzirzadə (82 kq), Nəzərşah Fətullayev (87 kq), Arif Niftullayev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.

Növbəti həftənin ilk günlərində sərbəst və qadın güləşi üzrə millilərin heyəti də açıqlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti