Ölkə birinciliyində ad çıxaranlar yığmaya çağırılacaq

20 Fevral 2019 08:48 Güləş 594
Ölkə birinciliyində ad çıxaranlar yığmaya çağırılacaq

“Sərhədçi” Olimpiya-İdman Mərkəzində yeniyetmə yunan-Roma güləşilərin ölkə birinciliyi başlayıb.

Sportinfo.az xəbər verir ki, saat 17:00-da tədbirin açılışı olub.

Mərasimdə AGİN-in idman şöbəsinin müdiri Fərid Mansurov çıxış edib.

O, iştirakçılara uğurlar arzulayıb və mükafatçıların müvafiq yığmalara cəlb olunaraq, ölkəmizi Avropa və dünya çempionatlarıyla yanaşı, iyulda Bakıda təşkil olunacaq Avropa gənclərinin olimpiya festivalında təmsil edəcəyini qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti