Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başladı

15 Fevral 2019 08:00 Güləş 630
Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başladı

Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yanvarda Rusiyanın Mahaçqala şəhərində hazırlıq keçən komanda bu dəfə ölkənin digər şəhəri olan Kislovodska yollanıb.

Fevralın 27-dək davam edəcək hazırlıq prosesinə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi qatılıb.

Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək.

Müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti