Sərbəst güləş millimiz Arazın o tayına güclü heyətlə yollanır

6 Fevral 2019 00:50 Güləş 546
Sərbəst güləş millimiz Arazın o tayına güclü heyətlə yollanır

7-8 fevralda Arazın o tayında sərbəst güləş üzrə Təxti kuboku keçiriləcək.

Sportinfo.az xəbər verir ki, milli baş məşqçi Saypulla Absəidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə ilin ilk sınağına çıxacaq.

Tehrana Pərviz İbrahimov (57 kq), Əhmədnəbi Qvarzatilov, Mircəlal Həsənzadə (hər ikisi – 61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov, Məhəmmədhacı Xatiyev (86 kq), Şərif Şərifov, Şamil Zubairov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) yollanacaqlar.

Görüşlərin idarə olunmasında 3-cü dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev ter alacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti