Millimizin üzvü Hindistan çempionu oldu - VİDEO

6 Fevral 2019 00:30 Güləş 667
Millimizin üzvü Hindistan çempionu oldu - VİDEO

Sərbəst güləş üzrə Hindistan Peşəkar Liqasında dördüncü mövsüm başa çatıb.

Sportinfo.az xəbər verir ki, qadın millimizin üzvü Tatyana Omelçenkonun (-62 kq) çıxış etdiyi “Haryana Hamers” klubu finalda “Pancab Royals”ı 6:3 hesabı ilə məğlub edərək çempionluq yaşayıb.

Bu qələbədə Tatyana Omelçenkonun da rolu olub. Ukraynalı legionerimiz finalda qarşı tərəfin yerli güləşçisi Anitanı 9:0 hesabı ilə məğlub edib.

Bu liqada “Yodha” klubunda millimizin üzvləri – Hacı Əliyev və Elise Manolova da çıxış edib. Onların komandası iki qələbə və üç məğlubiyyətlə yadda qalıb və yarımfinala vəsiqə qazana bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti