Azərbaycan güləşçiləri Fransadan üç medalla qayıdır

3 Fevral 2019 16:09 Güləş 513
Azərbaycan güləşçiləri Fransadan üç medalla qayıdır

Fransanın Nitsa şəhərində “qran pri” turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, qadın güləşçilərimiz üçün ilin ilk yarışı uğurlu alınıb.

10-a yaxın ölkənin idmançılarının mübarizə apardığı yarışda yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 2 qızıl və 1 bürünc medal qazanıb.

Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbirə Əliyeva (76 kq) isə 3-cü yeri tutub.

“Qran pri”də III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti