Azərbaycanın qadın millisinin ilk sınağı Fransada olacaq

30 Yanvar 2019 16:12 Güləş 555
Azərbaycanın qadın millisinin ilk sınağı Fransada olacaq

Qadın güləşi üzrə Azərbaycan milli komandası üçün ilk sınağı Fransada olacaq.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yığma Nitsa şəhərində fevralın 1-də start götürəcək Qran-priyə yollanıb.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) çıxış edəcək.

Üç günlük yarışda ədaləti qoruyanlar arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Bəşir İsazadə də olacaq.

Qadın güləşi üzrə yığma yanvarın 16-dan Türkiyənin Kayseri şəhərində yerli komanda və Rumıniya millisi ilə birgə təlim-məşq toplanışında olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti