Azərbaycan güləşçiləri “Təxti kuboku”nda 3 medal qazandılar

26 Yanvar 2019 00:00 Güləş 485
Azərbaycan güləşçiləri “Təxti kuboku”nda 3 medal qazandılar

Azərbaycanın 3 yunan-Roma güləşçisi İranın Əndimeşk şəhərində keçirilən “Təxti kuboku”nda fəxri kürsüyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, 39-cu dəfə təşkil olunan ənənəvi yarışda Azərbaycan yığmasını böyük məşqçi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında 10 güləşçi təmsil edib.

İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Kuba, Çin, Xorvatiya, Serbiya və Fələstin pəhləvanlarının mübarizə apardığı turnirdə Azad Əliyev (72 kq) gümüş, Ziyad Zeynalov (55 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb.

Mikayıl Rəhimov (60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq) və Elməddin Ramazanov (82 kq) isə beşinci yerlə kifayətlənib.

Yığma komanda hesabında 134 xalla 2-ci yeri tutub. İran (240) birinci, Gürcüstan (109) üçüncü olub. III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov yarışda ədaləti qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti