Azərbaycan yığması İranda Təxti Kubokunda çıxış edəcək

23 Yanvar 2019 15:24 Güləş 550
Azərbaycan yığması İranda Təxti Kubokunda çıxış edəcək

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası İranın Əndimeşk şəhərində keçiriləcək Təxti Kubokuna qatılacaq.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yanvarın 24-də start götürəcək yarışda 10 pəhləvan mübarizə aparılacaq.

Yığmanın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi 82 kq) və Arif Niftullayev (97 kq) çıxış edəcək.

İki gün davam edəcək turnirə III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov da yollanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti