Narahatlıq var: TOPLANTI

11 Yanvar 2019 08:36 Güləş 669
Narahatlıq var: TOPLANTI

Güləş federasiyasında milli komandaların məşqçilərinin iştirakı ilə toplantı olub.

Sportinfo.az-ın awf.az-a istinadən məlumatına görə, iclasda AGF-in rəhbərliyi növbə ilə çıxış edib.

Onlar dopinq məsələsinə də yer ayırıb. Qeyd olunub ki, ötən il ən çox cəzalananlar güləşçilər olub.

Bu da bu sahə üzrə informasiya kasadlığından irəli gəlir. Güləşçilər hər hansı dərmanı qəbul etməmişdən əvvəl yığmanın həkimi ilə məsləhətləşməlidir.

Bu baxımdan həkimlə idmançılar arasında sıx münasibət olmalı, yığmaların məşqçiləri prosesi ciddi nəzarət altında saxlamalıdı.

Qəbul edilən qida və mayelərə ciddi fikir vermək vacibdir. Gigiyenik qaydalara da tam riayət edilməlidi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti