"Hazırda maliyyə problemi yaşamırıq” - Vitse-prezident

8 Yanvar 2019 10:00 Güləş 620
"Hazırda maliyyə problemi yaşamırıq” - Vitse-prezident

Güləş Federasiyasında milli komandaların məşqçilərinin iştirakı ilə toplantı keçirilib.

Sportinfo.az xəbər verir ki, yığıncaqda AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov çıxış edib:

“Əvvəlcə hər birinizi Yeni il münasibətilə təbrik edir və bu ildə hamınıza uğurlar arzulayıram. Məsuliyyət hər birimizin boynundadı.

Heç bir məşqçi həmkarının uğursuzluğuna sevinməməli, bunu arzulamamalıdı.

Kollektiv bir ailə şəklində olmalıdır. Heç kim əvəzedilməz deyil. Hər məşqçi işinə görə cavab verməlidir.

Dövlətin, birbaşa ölkə başçısı, cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində hazırda maliyyə problemi yaşamırıq.

Maaşlar vaxtında verilir. Qalır bu etimadı doğrultmaq.

Güləşçilərimiz heç bir ölkənin idmançılarından geri qalmır. Sadəcə, onlarla doğru işləmək lazımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti