3 azərbaycanlı hakimi bu dəfə Gürcüstan çempionatını idarə edəcək

8 Yanvar 2019 00:50 Güləş 626
3 azərbaycanlı hakimi bu dəfə Gürcüstan çempionatını idarə edəcək

İ-S dərəcəli hakim Asif Şirəliyevə Gürcüstan güləş federasiyasından növbəti dəvət gəlib.

Sportinfo.az xəbər verir ki, o, 10-13 yanvarda Tiflisdə sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatında ədaləti qoruyacaq.

Həmyerlimiz qonşu ölkədə yeganə azərbaycanlı olmayacaq. Ona Abdul Nuriyev (I) və Xəzər Allahverdiyev (III) yoldaşlıq edəcəklər.

Yeri gəlmişkən, ilk 2 sözügüdən referi dekabrda Gürcüstanın 23 yaşadək sərbəst usulla çıxış edənlərin ölkə çempionatında çalışıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti