Hindistan Liqasında 6 klubun qatılacağı yarışda üç güləşçimiz xalça üzərinə çıxacaq.
Sportinfo.az xəbər verir ki, İkiqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev (65 kq) və Elis Manolova (62 kq) “Yodxa”, Tatyana Omelçenko (62 kq) isə “Haryana Hammers” klubunun şərəfini qoruyacaq.
Hindistan Liqasına yanvarın 14-də start veriləcək. Ötən mövsüm “Dehli Sultans”ın heyətində çıxış edən H.Əliyev mükafatçılar sırasında yer ala bilməyib.

