Azərbaycanın 6 hakiminin kateqoriyası dəyişdi

29 Dekabr 2018 08:48 Güləş 561
Azərbaycanın 6 hakiminin kateqoriyası dəyişdi

Dünya Güləş Birliyi (UWW) ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb.

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, imtahanlardan uğurla keçən 6 Azərbaycan hakiminin kateqoriyası dəyişib.

Sədi Quliyev ən yüksək kateqoriya hesab olunan I-S dərəcəsinə yüksəlib. Bununla da olimpiya kateqoriyalı Azərbaycan hakimlərinin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddu.

Elman İsmayılovla Abdul Nuriyev I kateqoriyaya sahib çıxıb. Buna qədər milli hakim statusunda olan Əli Babayev, Həbib Nurulu və Cəlal Bahadurov isə beynəlxalq hakim statusu alaraq, III dərəcəyə yüksəliblər.

Digər I-S dərəcəli hakimlər Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti