Şəhid polkovnikin övladı atasının ad günündə çempion oldu - FOTOLAR

21 Dekabr 2018 20:12 Güləş 659
Şəhid polkovnikin övladı atasının ad günündə çempion oldu - FOTOLAR

Amerikada azyaşlılar arasında keçirilən güləş üzrə birincilikdə Nəimi Elşad oğlu Quliyev finalda qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

“Nəiminin 7 yaşı var. Amerikada güləş üzrə keçirilən birincilikdə qələbə qazanıb. Həm də qələbəsini atasının ad gününə hədiyyə edib.

Nəimi vətənpərvər ruhda tərbiyə alır. Uşaq olmasına baxmayaraq, Azərbaycanın adını ucaltmaq istəyir. Artıq ilk addımlarını atıb.

Nəimi 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olan, 2012-ci il aprelin 6-da MTN -in (DTX) Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyatı zamanı qəhrəmancasına həlak olan MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyevin oğludu.

Elşad Quliyev Qarabağ muharibəsi zamanı torpaqlarımızın mudafiəsində fəal iştirak etmişdi. 2005-ci ildə “İgidliyə görə”, 2006-cı ildə “Qüsursuz xidmətə görə”, 2009-cu ildə “Vətən uğrunda” medalları ilə, ölmündən sonra isə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuşdur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti