Millinin sükanı arxasından ayrılan baş məşqçi AÇIQLADI Kİ…

6 Yanvar 03:40 Güləş 499
Millinin sükanı arxasından ayrılan baş məşqçi AÇIQLADI Kİ…

Azərbaycan millisindən ayrılan Aleksandr Tarakanov gələcəkdə yenidən ölkə güləşinin inkişafı üçün əmək sərf etməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında rusiyalı mütəxəssisin özü bildirib.

O, yığmadan ayrılmasının səbəblərindən danışıb:

"Azərbaycanda çalışdığım 6 il ərzində burada böyük təcrübə və yaxın dostlar qazandım. Bu müddət ərzində mən və məşqçilər korpusum həm federasiya, həm də güləş azarkeşlərindən böyük dəstək gördük.

Bəzən məşqçilik karyerasında yeni bir mərhələyə adlamaq üçün fasilə götürmək, keçmiş təcrübələri yenidən nəzərdən keçirmək lazım olur.

Bir qədər istirahət etmək, ailəmlə zaman keçirmək bu yolda mənə çox böyük dəstək olacaq. Bu səbəbdən qarşılıqlı razılaşma ilə əməkdaşlığı başa vurduq".

A.Tarakanov sonda ona etimad göstərən Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edib:

"Fürsətdən istifadə edib, federasiya rəhbərliyinə, mənimlə çiyin-çiyinə çalışmış məşqçi yoldaşlarıma və komandanın hər bir üzvünə təşəkkür edirəm.

Gələcəkdə nə zaman ehtiyac duyularsa, Azərbaycan güləşinin inkişafı yolunda əmək sərf etməyə hazıram".

Aleksandr Tarakanov 2019-cu ildən Azərbaycanın yunan-Roma güləşi millisinə rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti