Ölkə çempionatında ilk “3-lük”də yer alanlar millilərin tərkibinə daxil ediləcək

03:40 Güləş 39
Ölkə çempionatında ilk “3-lük”də yer alanlar millilərin tərkibinə daxil ediləcək

Güləş üzrə böyüklər arasında ölkə çempionatının vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 7-11 yanvarda Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionlarının adları bəlli olacaq.

İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək.

Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.

İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi 7 yanvar 17:00-a təyin edilib.

Digər Xəbərlər
Xəbər Lenti