Azərbaycanın tanınmış güləşçiləri bu dəfə Şuşa və Laçında oldu - FOTO

03:50 Güləş 75
Azərbaycanın tanınmış güləşçiləri bu dəfə Şuşa və Laçında oldu - FOTO

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən "Güləş Qarabağda" kampaniyasının ikinci günündə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkilib.

SportINFO.az xəbər verir ki, tədbirdə tanınmış güləşçilər çıxış edərək gənc nəslə öz tövsiyələrini veriblər.

Daha sonra güləşlə bağlı maarifləndirici viktorina keçirilib və sualları dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb.

Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf veriblər.

Güləşin ulduzları Şuşaya da baş çəkiblər. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib.

Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı