"Məni dəstəkləyən xalqıma, federasiya rəhbərliyinə, Milli Olimpiya Komitəsinə dərin təşəkkürümü bildirirəm".
Sportinfo.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.
"İslamiadanın qalibi olduğum üçün də qürurluyam. Bundan sonra daha böyük uğurlar qazanmaq istəyirəm.
Hədəflərim böyükdür. Finalda türkiyəli ilə qarşılaşdım.
Onunla daha əvvəl Avropa çempionatında üz-üzə gəlmişdim. Təəssüf ki, qabırğamdan zədə almışdım.
Hakim görüşü saxlayıb, ona qələbə vermişdi. İslamiadada görüşdə revanş aldım.
İnşallah, qarşıdakı dünya və Avropa çempionatlarında istədiyim nəticəni qazana biləcəyəm".

